“Taliban” xarici qoşunların ölkəni tərk etməsini tələb edib

2018/11/n0015-1541829255.jpg
Oxunub: 205     09:39     10 Noyabr 2018    
“Taliban” sülh danışıqları üçün xarici qoşunların Əfqanıstanı tərk etməsini tələb edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Moskvada keçirilən danışıqlarda iştirak edən “Taliban” nümayəndəsi Məhəmməd Abbas Stanikzay danışıb.

Onun sözlərinə görə, “Taliban” üçün istənilən danışıqlar iki kateqoriyaya bölünür. Bunlar ABŞ-la və Əfqanıstanla olan danışıqlar kateqoriyalarıdır.

Stanikzay bildirib ki, qiyamçılar ilk olaraq ABŞ-la əlaqədar olan narahatlıqlarını amerikalılarla müzakirə edəcək. Bu zamanda o, yenidən xarici qoşunların ölkəni tərk etməsinin əsas şərtlərindən olduğunu bir daha təkrarlayıb.

Bununla yanaşı “Taliban” nümayəndəsi hazırda Əfqanıstanda fəaliyyət göstərən hökuməti legitim saymadıqlarını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Taliban   Əfqanıstan  

“Taliban” xarici qoşunların ölkəni tərk etməsini tələb edib

2018/11/n0015-1541829255.jpg
Oxunub: 206     09:39     10 Noyabr 2018    