“National Interest”: İran ABŞ aviadaşıyıcılarını batıra bilərmi?

2018/11/31910-1541828977.jpg
Oxunub: 412     09:57     10 Noyabr 2018    
Son zamanlarda İran ballistik raketləri, nüvə silahları və bənzər texnologiyaları ilə ABŞ hərbi gücünə təhlükə yaradan ölkələrdən biridir. Hazırda İran ABŞ aviadaşıyıcılarını batıra bilməz, lakin bu o demək deyil ki, həmişə belə davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “National Interest” nəşri məqalə yayımlayıb.

1979-cu il İran İnqilabından sonra ABŞ və İran münasibətləri o qədər də yaxşı olmayıb. Hazırda Amerikanın Orta Şərq regionunda olan bir üstünlüyü varsa, o da ABŞ donanmasının aviadaşıyıcılarıdır. İranın isə bu platformaları xoş qarşılamadığı məlumdur. Bu zaman belə bir sual yaranır ki, İran və ABŞ qarşı-qarşıya gələrlərsə, İran ABŞ aviadaşıyıcılarını batıra bilərmi?

İran İslam İnqilabı Keşikçiləri Korpusu donanması hələ 2015-ci ildən ABŞ aviadaşıyıcılarını məhv edə biləcəklərini bildirmişdi. Bu sözlərdən bir ay sonra “Noble Prophet 9” təlimləri zamanı İran sınaq məqsədilə aviadaşıyıcı qurmuş və raketlər, minaatanlar, helikopterlər vasitəsilə onun infrastrukturunu dağıtmağa çalışmışdı.

Dəniz Kəşfiyyatı İdarəsinin məlumatına görə, İran Hərbi Dəniz Qüvvələri iki qrupa bölünüb, birincisi İran İslam Respublikası donanması, ikincisi isə İran İslam İnqilabı Keşikçiləri Korpusu donanması. Birincisi İran hərbi dəniz maraqlarını təmin edən, iri freqat ölçülü döyüş gəmiləri ilə İran Körfəzi və Hind Okeanında İranın gücünü nümayiş etdirən daha ənənəvi bir donanmadır.

İİKK donanması isə daha kiçik, sürətli hərəkət qabiliyyətinə malik və ağır silahlanmış gəmilərdən istifadə edərək İran Körfəzini İranın qonşuları və ABŞ-a qarşı nəzarətdə saxlayır. Bu donanmanın ABŞ aviadaşıyıcısını batıra biləcəyi ilə bağlı iddialarına skeptik yanaşmaq üçün bir neçə məqam var.

Birincisi odur ki, İran ordusunda xeyli problemlər var və əməliyyat çeşidliliyi baxımından ABŞ-dan geri qalır. İranın ən uzaqmənzilli dəniz sahili müdafiə raketi 186 millik məsafəyə atış edə bilir, bu ABŞ-ın “F/A-18E/F Super Hornet” raketinin çata biləcəyi məsafənin yarısıdır. Hərbi Hava Qüvvələrində də vəziyyət fərqli deyil. ABŞ-ın təhlükəsizlik sistemləri İran hərbi təyyarələri və silahlarını üstələyir.

İkinci məsələ İranın döyüş gücü ilə bağlıdır. İran hərbi gəmiləri raketlərə malik olsa da, onlar Amerikan aviadaşıyıcısına ciddi xəsarət verəcək qədər güclü döyüş başlığına malik deyillər. Ən güclülərdən hesab olunan “C-802”nin belə döyüş başlığının ağırlığı 400 paunddan azdır.

Üçüncüsü məsələ taktika ilə bağlıdır. Pentaqon heç vaxt 5500 nəfər heyəti olan aviadaşıyıcısını düşmənin hücum edə biləcəyi məntəqədə yerləşdirməz. İran bir şəkildə aviadaşıyıcını batırsa belə, bu ona ağır başa gələ bilər. Çünki ABŞ-ın hücum üçün kifayət qədər alternativləri - məsələn uzaqmənzilli strateji bombaları – var.
Son məsələ isə ABŞ-ın müdafiə sahəsindəki üstünlüyü və aviadaşıyıcını müdafiə etmək üçün dizayn edilmiş gəmilər və helikopterləridir. Bütün bunlar İranın ABŞ aviadaşıyıcısını batırma ehtimalını minimuma endirir.

Sevinc Əliyeva

Teqlər: ABŞ   İran   Aviadaşıyıcı  

“National Interest”: İran ABŞ aviadaşıyıcılarını batıra bilərmi?

2018/11/31910-1541828977.jpg
Oxunub: 413     09:57     10 Noyabr 2018    