ABŞ artıq Ərəb koalisiyası təyyarələrini yanacaqla təmin etməyəcək

2018/11/45646-1541828228.jpg
Oxunub: 208     09:24     10 Noyabr 2018    
Birləşmiş Ştatlar Yəməndə vuruşan Ərəb koalisiyasına məxsus təyyarələrin havada yanacaqla təmin edilməsini dayandırıb.

Ordu.az “Politico”ya istinadən xəbər verir ki, bununla bağlı qərarın qəbul edilməsi Pentaqon rəhbəri Ceyms Mettis tərəfindən təsdiqlənib.

“Biz Səudiyyə Ərəbistanı tərəfindən ABŞ-la məsləhətləşmələrdən sonra Yəməndəki əməliyyatlara dəstək məqsədilə təyyarələrin havada yanacaqla təmin edilməsinin öz hərbi imkanları vasitəsilə həyata keçirilməsinə dair qəbul edilən qərarı dəstəkləyirik”, - deyə Mettis söyləyib.

Bundan öncə isə Səudiyyə Ərəbistanı hökuməti məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Səudiyyə Ərəbistanı Krallığı və Yəməndə hüquqi hökuməti dəstəkləyən koalisiyanın üzvləri hərbi peşəkarlığını davamlı olaraq inkişaf etdirir. Krallıq və Koalisiya eyni zamanda özünün havada yanacaqdoldurma imkanlarını da artırıb. Nəticə etibarilə, Birləşmiş Ştatlarla konsultasiyalar nəticəsində koalisiya özünün Yəməndəki əməliyyatlarına ABŞ-ın göstərdiyi yanacaqdoldurma dəstəyini dayandırmasını istəyib”.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Səudiyyə-Ərəbistanı   Yəmən  

ABŞ artıq Ərəb koalisiyası təyyarələrini yanacaqla təmin etməyəcək

2018/11/45646-1541828228.jpg
Oxunub: 209     09:24     10 Noyabr 2018    