KTMT-yə sədrlik barədə Xaçaturova zəng edilib

2018/11/3453--1541782048.jpg
Oxunub: 330     20:58     09 Noyabr 2018    
KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturov Ermənistanın təşkilatdakı bundan sonrakı fəaliyyəti barədə açıqlama verməkdən yayınıb.

Ordu.az xəbər verir ki, “Joğovurd” qəzetinin əməkdaşı Xaçaturovla əlaqə saxlayaraq, "1 Mart" hadisələri ilə bağlı hansı çıxış yolunu görür və Ermənistan KTMT-də sədrliyi qoruya biləcəkmi, deyə onun fikirləri ilə maraqlanmağa cəhd edib.

Xaçaturov hər hansı suala cavab verməkdən imtina edərək, rus dilində "Я не буду говорить, все!" deməklə kifayətlənib.

Məlum olduğu kimi KTMT-nin Baş katibi vəzifəsindən azad edilmiş Yuri Xaçaturov Ermənistana qayıdıb.

Xatırladaq ki, Yuri Xaçaturova qarşı "1 Mart" cinayət işi çərçivəsində Ermənistanda konstitutsiya quruluşunu dəyişməyə görə ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: KTMT   Xaçaturov  

KTMT-yə sədrlik barədə Xaçaturova zəng edilib

2018/11/3453--1541782048.jpg
Oxunub: 331     20:58     09 Noyabr 2018    