KTMT-nin Baş katibi hansı ölkənin nümayəndəsi olacaq?| Rusiyanın mövqeyi qeyri-dəqiqdir

2018/11/ga-1541781169.jpg
Oxunub: 259     20:06     09 Noyabr 2018    
Dünən baş tutan KTMT-nin sammiti son günlərin ən aktual müzakirə mövzusuna çevrilən təşkilatın Baş katibinin kim olacağı sualına cavab verməyib.

Ermənistan tərəfindən təşkilatın Baş katibi Yuri Xaçaturovun vəzifəsindən geri çağırılmasından sonra Belarus qurumun sədrliyini öz öhdəsinə götürmək istəyir. Bu məsələdə Belarusa Qazaxıstan dəstək verir. Lakin təşkilatda həlledici mövqeyə sahib olan Rusiya hələlik dəqiq mövqe açıqlamayıb.

İstənilən halda bu qurumda qərarlar kollegiya prinsipi ilə qəbul olunur. Təşkilata üzv ölkələrdən hər hansı biri hər hansı qərara veto qoyarsa, o zaman qərar qəbul edilmir. KTMT-nin nizamnaməsinin 17-ci bəndində qeyd edilir ki, Baş katib şuranın qərarı ilə 3 il müddətinə təyin edilir.

Lakin Yuri Xaçaturovla bağlı baş verənlərdən sonra təşkilata dəqiq zəmanətlər verilməsi zərurəti yaranıb. Ermənistan bu məsələdə yaxşı davranmadı və buna görə də baş verənlərə Belarus və Qazaxstan bir o qədər də yaxşı münasibət göstərmir. Məhz buna görə də Ermənistanın namizədinin kimliyi rol oynamır və heç nə dəyişə bilməz.

Faktiki olaraq əlifba sırasına görə növbəti ölkə olan Belarus sədrlik səlahiyyətini öz üzərinə götürmək niyyətindədir. Hətta artıq mətbuatda Belarusun Baş katib vəzifəsinə namizədinin adı da açıqlanıb. Qeyd olunur ki, bu vəzifəni 2015-ci il 4 noyabr tarixindən etibarən Belarusun Təhlükəsizlik Şurasının rəhbəri, Stanislav Zas tuta bilər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

KTMT-nin Baş katibi hansı ölkənin nümayəndəsi olacaq?| Rusiyanın mövqeyi qeyri-dəqiqdir

2018/11/ga-1541781169.jpg
Oxunub: 260     20:06     09 Noyabr 2018    