Mettis ABŞ-Çin gərginliyini necə tənzimləyir?

2018/11/43242-1541761532.jpg
Oxunub: 277     15:43     09 Noyabr 2018    
ABŞ bu il Çin ordusuna sanksiya tətbiq edərkən, Çin buna müdafiə naziri Ceyms Mettisin Pekində həmkarıyla görüş planını təxirə salmaqla reaksiya verdi. Ancaq bir neçə gün sonra Çin generalı Pentaqona ziyarət etdi və bu sözləri dedi: “Pekin iki ölkə arasında hərbi əlaqələrin əhəmiyyətini yüksək qiymətləndirir”.

Dünyanın ən böyük iki iqtisadiyyatına malik olan ölkələr arasındakı münasibətlər, Tayvan, Cənubi Çin dənizi və digər geosiyasi proseslər arasında ticarət müharibəsi və fikir ayrılığı prezident Donald Trampın da açıqlamaları ilə yeni problemlər meydana gətirdi.

ABŞ hərbi rəsmiləri Mettisin Çin hərbi liderləri ilə əlaqələr qurmağa çalışdığını bildirərək, böyük hərbi güclər arasındakı zəif əlaqələrin gərgin münasibətlər şəraitində münaqişəyə gətirib çıxaracağına dair narahatlıqlarını ifadə ediblər.

Lakin Mettisin çinli həmkarı ilə Sinqapurda görüşündən sonra münasibətlərdə müəyyən qədər müsbət irəliləyişlərin olduğunu demək mümkündür.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Mettis   ABŞ-Çin  

Mettis ABŞ-Çin gərginliyini necə tənzimləyir?

2018/11/43242-1541761532.jpg
Oxunub: 278     15:43     09 Noyabr 2018    