Rusiyanın helikopterləri üçün Çində xidmət mərkəzləri açılacaq

2018/11/27886-1541761073.jpg
Oxunub: 287     16:55     09 Noyabr 2018    
Çinin Şenjen bölgəsində Rusiyanın helikopterləri üçün xidmət mərkəzləri açılacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Rostec” korporasiyasının “Rusiya Helikopterləri” şirkətinin direktoru Andrey Boqinski bildirib.

Şirkətin mətbuat xidmətindən verilən açıqlamada qeyd olunur ki, sözügedən xidmət mərkəzinin açılması ilə bağlı müzakirələr Çinin “United Aviation Technology” şirkəti ilə aparılır. Razılaşmanın bu ilin sonuna kimi yekunlaşaraq müqavilənin imzalanacağı gözlənilir.

““Rusiya Helikopterləri” və “United Aviation Technology” hazırda Şenjen şəhərində Ka-32A11BC və Mi-171 helikopterləri üçün texniki mərkəzin yaradılması üzrə ümumi müqavilə layihəsini, həmçinin Tianjin şəhərində təyyarələrin təmiri bazasının texniki auditinin aparılmasına dair müqavilə layihəsini nəzərdən keçirir. “Airshow China” sərgisində hər iki sənədin ilin sonuna qədər imzalanması üçün bir sıra danışıqlar keçirdik”, - deyə Boqinski qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Çin  

Rusiyanın helikopterləri üçün Çində xidmət mərkəzləri açılacaq

2018/11/27886-1541761073.jpg
Oxunub: 288     16:55     09 Noyabr 2018    