Medvedevin müavini KTMT-nin Dövlətlərarası komissiyasına rəhbər təyin olunub

2018/11/1c259-1541760633.jpg
Oxunub: 282     14:49     09 Noyabr 2018    
Rusiyanın Baş naziri Dmitri Medvedevin müavini Yuri Borisov KTMT-nin hərbi-iqtisadi əməkdaşlığı üzrə Dövlətlərarası komissiyanın rəhbəri təyin olunub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı KTMT-nin Baş katibinin müavini Valeri Semerikov bildirib.

“Hərbi-iqtisadi və hərbi-texniki əməkdaşlıq işlərini daha da yaxşılaşdırmaq üçün Rusiya baş nazirinin müavini Yuri Borisov dövlət başçılarının əmri ilə KTMT-nin hərbi-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası komissiyanın sədri təyin edilib”, - deyə o bildirib.

Onun sözlərinə görə, Astanada keçirilən görüşdə dövlət başçıları bir sıra məsələlərə dair fikir mübadiləsi aparıb, eləcə də dünya və regional təhlükəsizlik problemlərinin geniş spektrini müzakirə ediblər.

İlkin Məmmədov
Ordu.az

Teqlər: KTMT   Rusiya  

Medvedevin müavini KTMT-nin Dövlətlərarası komissiyasına rəhbər təyin olunub

2018/11/1c259-1541760633.jpg
Oxunub: 283     14:49     09 Noyabr 2018    