"Ermənistan KTMT-də öz mövqelərini zəiflədib" - Lukyanov

2018/11/Lukya-1541758147.jpg
Oxunub: 303     18:23     09 Noyabr 2018    
"Beynəlxalq təşkilatlarda müxtəlif mövzularla bağlı məsələ qaldırmaqdansa, Ermənistan hakimiyyəti dəqiq xarici siyasət planı hazırlamalı idi".

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov Ermənistanın KTMT-də getdikcə pisləşən mövqeləri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, KTMT-də həmişə olduğu kimi çətin seçim gözlənilir və bəzi ölkələr KTMT-nin Baş katibi məsələsində öz mövqelərini irəli çəkmək istəyirlər.

"Ermənistan bir neçə dəfə yüksək səviyyədə Baş katib vəzifəsinin qorunub saxlanılmalı olduğunu bəyan edib. Digər ölkələr Baş katib vəzifəsinin Belarusa ötürülməli olduğuna yükləniblər. Ermənistanın xeyrinə olan məqamlar olduqca azdır. Ermənistan bu məsələdə səhv qərar verməklə, KTMT-də öz mövqelərini zəiflədib. Eyni zamanda Ermənistan KTMT-də bir sıra problemlər yaratmağa çalışacaq. Bu problemlər üzv ölkələrin rolu, vahid mövqeyi və digər sahələri əhatə edəcək", - deyə o qeyd edib.

Lakin belə problemləri qabartmaq üçün münasib vaxt olmadığını qeyd edən Lukyanov, baş verənlərin Ermənistan hakimiyyətinin təcrübəsizliyindən irəli gəldiyini bildirib: "Beynəlxalq təşkilatlarda müxtəlif mövzularla bağlı məsələ qaldırmaqdansa, Ermənistan hakimiyyəti dəqiq xarici siyasət planına, prioritetlərə və fəaliyyət istiqamətlərinə sahib olmalı idi. Hazırda Ermənistan hökumətinin hansı prioritetlər əsasında fəaliyyət göstərdiyi anlaşılan deyil. Bu prioritetlər seçkilərdən sonra məlum ola bilər".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   KTMT  

"Ermənistan KTMT-də öz mövqelərini zəiflədib" - Lukyanov

2018/11/Lukya-1541758147.jpg
Oxunub: 304     18:23     09 Noyabr 2018    