ABŞ Ermənistanda hərbi baza, Qarabağda qoşunlar yerləşdirmək istəyir

2018/11/57338-1541756928.jpg
Oxunub: 551     13:46     09 Noyabr 2018    
"Ermənistandakı məxməri inqilab ABŞ-ın rəhbərliyi altında həyata keçirilib".

Ordu.az xəbər verir ki, bu sözləri "Россия-1" televiziya kanalının "Vladimir Solovyovla axşam" verilişində iştirak edən Rusiya siyasi konyuktura mərkəzinin Baş direktoru, Xəzər Əməkdaşlıq İnstitutunun Baş direktoru Sergey Mixeyev bildirib.

Onun sözlərinə görə, ABŞ bölgədə hərbi baza yerləşdirmək məqsədilə Ermənistanda idarəolunan hakimiyyətin olmasında maraqlıdır.

"Bu gün Ermənistanda baş verən hakimiyyət dəyişikliyinin ABŞ-la heç bir əlaqəsi olmadığı deyilir. Təbii ki, belə deyil. ABŞ üçün bölgədə İrana qarşı təzyiq göstərmək üçün hərbi baza yerləşdirilməsi məqsədilə Ermənistanda idarəolunan hakimiyyətin yerləşməsi vacibdir", - deyə o qeyd edib.

Mixeyev, ABŞ-ın Qarabağda öz qoşunlarını yerləşdirmək və bununla da İrana qarşı təzyiq göstərmək istədiyini də vurğulayıb: "Amerikalılar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində öz fəallıqlarını genişləndirdilər. Amerikalıların bununla bağlı öz layihələri var. Onlar sülhün yaranması və sülhməramlı qüvvələr adı altında Qarabağda öz qoşunlarını yerləşdirmək, bununla da İrana təzyiq göstərmək istəyirlər. Rəsmi İrəvanın bu layihəni qəbul edib-etməyəcəyi məlum deyil. Lakin Con Bolton İrəvana səfəri zamanı belə bir layihə təqdim edib".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   ABŞ   Hərbi-baza  

ABŞ Ermənistanda hərbi baza, Qarabağda qoşunlar yerləşdirmək istəyir

2018/11/57338-1541756928.jpg
Oxunub: 552     13:46     09 Noyabr 2018    