Ölümcüllük ABŞ ordusu üçün niyə bu qədər əhəmiyyətlidir?

2018/11/45700-1541754933.jpg
Oxunub: 385     13:13     09 Noyabr 2018    
Ölümcüllük Müdafiə Departamentinin prioritet sahələri üçün əsas şərt ola bilər, lakin bu hərbi sahə ilə bağlı atılan hər addıma aid edilməməlidir.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, ABŞ Müdafiə naziri Ceyms Mettisin liderliyi dövründə ölümcüllük ordudakı təlimlərdən tutmuş, qlobal strategiyaya qədər hər bir addım üçün əsas şərt hesab edilib.

Son iki ildir, Pentaqon tərəfindən çap edilən bütün press-relizlərdə bu sözü görürük: Ölümcüllük

Mettisnin keçmişdə Dəniz Piyadaları generalı olduğunu nəzərə alsaq, ABŞ ordusunu dünyanın ən güclü və ölümcül ordusu etmək istəyi başadüşüləndir. Liderin fevral ayında Suriyada Rusiya orduları ABŞ ordusu və müttəfiqlərinə qarşı hücum edən zaman “məhv edin” əmri verməsinin səbəbi də, çox güman ki, budur.

Yanvar ayında yayımlanmış ABŞ Milli Təhlükəsizlik Təhlükəsizlik Strategiyasına nəzər salsaq, burada Mattisin 3 prioriteti qeyd edilib:

- Düşmənləri məhv edin;
- Onların qorxu içində qaçmalarını izləyin;
- Qadınların ölənlərin arxasından etdiyi ah-naləyə qulaq asın.

“Müharibənin qarşısını almağın ən yaxşı yolu ona hazırlıqlı olmaqdır. Bu isə hərbi qüvvələrin inkişaf etdirilməsinə strateji yanaşmaq, döyüş hazırlığını artırmaq və çoxillik investisiyalar etməkdən keçir” – deyə strategiyada qeyd edilib.

Növbəti ildən başlayaraq isə piyada əsgərlər, tankçılar və süvari kəşfiyyatçılar üçün treyninq müddəti ortalama 7 həftə artırılaraq 22 həftəyə çatdırılacaq. İlkin Hərbi Təlimlər bölməsinin komandanı Ceyson Korrozer bu addımın da ordunun hazırlıq səviyyəsini və ölümcüllüyü artırmaq üçün olduğunu qeyd edib.

Ekspertlərin fikrinə görə, ABŞ ordusunun ölümcüllük konsepsiyasını bu qədər mənimsəməsi Mettisin orduda iz qoymaq həvəsini göstərir və ordunun brendinqi üçün istifadə edilir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: ABŞ   Ölümcüllük  

Ölümcüllük ABŞ ordusu üçün niyə bu qədər əhəmiyyətlidir?

2018/11/45700-1541754933.jpg
Oxunub: 386     13:13     09 Noyabr 2018    