"Paşinyanın təklifi həddindən artıq kəskin ssenaridir" - EKSPERTLƏR

2018/11/pashi-1541754314.jpg
Oxunub: 488     21:43     09 Noyabr 2018    
"İran istiqamətində Ermənistanın itkisi onun Rusiya və Gürcüstandan daha çox asılı vəziyyətə düşməsinə səbəb olacaq. Bu vəziyyət Ermənistan üçün arzuolunan deyil".

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Sovet İttifaqı millətləri üzrə keçmiş müşaviri, tanınmış amerikalı politoloq Pol Qobl bildirib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistan-İran sərhəddi ilə bağlı çıxışını kəskin ssenari adlandırıb.

"Baş nazir sərhəddin bağlanmasının mümkünlüyündən danışıb. Hesab edirəm ki, bu həddindən artıq kəskin ssenaridir. İran istiqamətində Ermənistanın itkisi onun Rusiya və Gürcüstandan daha çox asılı vəziyyətə düşməsinə səbəb olacaq. Bu vəziyyət Ermənistan üçün arzuolunan deyil", - deyə o qeyd edib.

Öz növbəsində iranlı politoloq Əli Salam bildirib ki, Ermənistanın keçmiş hakimiyyəti belə şəraitdə İranla müsbət münasibətlərin saxlanılması və ABŞ-la təmas qurulmasında optimal çıxış yolunu tapmağı bacarıb.

"Hazırda hər şey indiki Ermənistan hakimiyyətinin İran tərəfi ilə münasibətlərlə bağlı hansı qərarı qəbul edəcəklərindən asılıdır. Çünki bu sanksiyalar səbəbindən siyasi münasibətlər qorunsa da, Ermənistan-İran iqtisadi münasibətləri zərər çəkə bilər", - deyə iranlı ekspert qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   İran   Paşinyan  

"Paşinyanın təklifi həddindən artıq kəskin ssenaridir" - EKSPERTLƏR

2018/11/pashi-1541754314.jpg
Oxunub: 489     21:43     09 Noyabr 2018    