Rusiyalı ekspert: "Ermənistan SQ özünəməxsus qırıcılara malik deyil"

2018/11/1545-1541753371.jpg
Oxunub: 455     12:48     09 Noyabr 2018    
"Cari il ərzində 100 milyon dollarlıq kredit və ya digər anlaşmalar əsasında Ermənistanın hansı növ silahlar və ya hərbi texnika əldə edə biləcəyini konkret olaraq deyə bilmərə. Lakin Ermənistanın öz aviasiyasını gücləndirməli olduğuna əminəm".

Ordu.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Ermənistanın silahlanması barədə danışarkən bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri özünəməxsus qırıcılara malik deyil və Ermənistan ərazisində olan qırıcılar Rusiyanın Aerokosmik qüvvələrinə aiddir. Azərbaycanla hərbi qarşıdurma olduğu halda isə çox ehtimal ki, bu qırıcılar müdaxilə etməyəcək.

"Öz qırıcılarının olmasına dəyər, amma bu çox bahalı bir iştahdır. Ümumiyyətlə Ermənistan ordusuna müxtəlif silahlar lazımdır. Hətta Ermənistana Rusiyada olmayan və ya sata bilmədiyi silah növləri lazımdır. Məsələn İsrail lisenziyası ilə istehsal olunan PUA-lar... Ermənistana istənilən silah fayda verər. Lakin öz aviasiyasının olması çox vacibdir. Müasir rabitə və REM vasitələrinin, düşmənin artilleriya nöqtələrini müəyyən edə biləcək silahlanmaya sahib olması da vacibdir. Bunlar xüsusilə mövqe döyüşlərində çox vacibdir. Lakin məlum deyil ki, Rusiya Ermənistana müasir REM vasitələri satacaq, ya yox? Ümumiyyətlə Ermənistana REM vasitələri lazımdır", - deyə o bildirib.

ABŞ rəsmisinin bölgəyə səfəri, Azərbaycana və Ermənistana silah satışı təklifinə toxunan Felqenqauer qeyd edib ki, ABŞ əgər istəyərsə region ölkələrinə ciddi silahlar sata bilər.

"Lakin Ermənistanın ABŞ-la silah alqı-satqısı Rusiya tərəfindən mənfi reaksiyaya səbəb olacaq. ABŞ-ın bu bölgəyə silah satışı əslində İranla bağlı olan məsələdir. Hazırda ABŞ-ı Rusiya yox, İran maraqlandırır. İran isə Ermənistan üçün çox vacib olan ticarət tərəfdaşıdır və Ermənistan İranla münasibətlərini korlaya bilməz. İki tərəfdən təcrid edilmiş Ermənistan ABŞ-ın çağırışı ilə İranla münasibətlərini çətin ki pozar. Rusiya, o cümlədən İran öz təsiri altında olan bölgəyə ABŞ-ın soxulmasına qarşıdır. Bu çox mürəkkəb məsələdir. Ermənistan rəhbərliyinin bunu necə həll etməyə hazırlaşdığını bilmirəm. Ümumiyyətlə isə amerikalılar çox baha olmayan, ancaq yeni çox yararlı, maraqlı silahlar təklif edə bilərlər. Lakin bu siyasi problemlərlə bağlı olan məsələdir. ABŞ-ın elə silahları var ki, bunlar Rusiyada yoxdur. Məsələn düşmənin artilleriya nöqtələrini aşkar edən radarlar və bir sıra digər qurğular", - deyə ekspert vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Rusiya   ABŞ   Silah   HHQ  

Rusiyalı ekspert: "Ermənistan SQ özünəməxsus qırıcılara malik deyil"

2018/11/1545-1541753371.jpg
Oxunub: 456     12:48     09 Noyabr 2018    