BMC “Altay” tanklarının istehsalına başlayacaq - VİDEO

2018/11/thumb-1541748936.jpg
Oxunub: 392     11:35     09 Noyabr 2018    
Bu gün Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi ilə “BMC” şirkəti arasında “Altay” tanklarının istehsalı ilə bağlı müqavilə imzalanacaq.

Ordu.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi rəsmiləri məlumat yayıb.

Məlumata görə, milli müharibə tankı “Altay”ın istehsalı ilə bağlı danışıqlar tamamlanıb. 250 tankın istehsalı ilə bağlı müqavilənin bu gün imzalanması gözlənilir.

Qeyd edək ki, sözügedən tanklar nüvə və kimyəvi maddə təhlükələrini müəyyən etmə və yanğın söndürmə sistemi, habelə termal kameralar ilə təmin edilib və 4 metr dərinliyindəki su hövzələrindən keçmək qabiliyyətinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər:

BMC “Altay” tanklarının istehsalına başlayacaq - VİDEO

2018/11/thumb-1541748936.jpg
Oxunub: 393     11:35     09 Noyabr 2018    