“TR Motor” Türkiyəni qırıcı təyyarə mühərrikləri ilə təmin edəcək

2018/11/thumb-1541748880.jpg
Oxunub: 307     14:33     09 Noyabr 2018    
Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi ilə “TR Motor” şirkəti arasında “Milli Döyüş Təyyarələri üçün Özünəməxsus Mühərrik İnkişaf Etdirmə” proqramı çərçivəsində saziş imzalanıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi rəhbəri İsmayıl Dəmir məlumat verib.

Onun sözlərinə görə, sazişlə birlikdə Türkiyə qırıcı təyyarələr üçün ilk yerli mühərriki istehsal etməyə başlayıb.

Türkiyə Müdafiə Sənayesi Rəhbərliyində həyata keçirilən imza mərasimində çıxış edən Dəmir, güc sistemləri sahəsində müxtəlif platformalardakı mühərriklərin orijinal olaraq inkişaf etdirilməsi istiqamətində çoxşaxəli layihələr həyata keçirildiyinin qeyd edərək, "V Nəsil Döyüş Təyyarəsi Təkmilləşdirmə Layihəsinin mühüm bir mərhələsini həyata keçirmək üçün buradayıq" ifadəsini istifadə edib.

Qeyd edək ki, saziş çərçivəsində mühərriklərin kritik alt sistemi və komponentləri yerli imkanlarla inkişaf etdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: TRMotor   Türkiyə  

“TR Motor” Türkiyəni qırıcı təyyarə mühərrikləri ilə təmin edəcək

2018/11/thumb-1541748880.jpg
Oxunub: 308     14:33     09 Noyabr 2018    