ABŞ bu il nə qədər silah satıb? - HESABAT

2018/11/45645-1541748812.jpg
Oxunub: 589     19:09     09 Noyabr 2018    
2018-ci il etibarilə ABŞ silah satışı ilə bağlı 192,3 milyard dollarlıq müqavilə imzalayıb. Bu məbləğ əvvəlki illə müqayisədə 13% artım deməkdir. Lakin Tramp administrasiyası daha sürətlə və daha çox sayda orduya silah satışı etmək istəyir.

Ordu.az xəbər verir ki, bu məlumat cümə axşamı ABŞ Dövlət Departamenti tərəfindən açıqlanıb.

Departament son zamanlarda ABŞ diplomatları və rəsmilərini daha çox satış etməyə təşviq etmək üçün silahlardan PUA-lara qədər Ənənəvi Silah Satışı Siyasəti ilə bağlı məhdudiyyətləri azaldıb. Getdikcə daha çox ölkə müdafiə avadanlıqları istehsalı sahəsində gücləndiyindən və onları hərbi “iştaha”sı çox olan Hindistan və digər Asiya ölkələrinə satmağa çalışdığından əsas diqqət silah satışı ilə bağlı qlobal rəqabətə yönəldilib.

Departament tərəfindən yayımlanan Ənənəvi Silah Satışı Siyasəti ilə bağlı yeni müddəalardan bəziləri aşağıdakılardır:

- ABŞ silahlarını almaqla bağlı maliyyə problemi yaşayan ölkələr üçün maliyyələşdirmə alternativləri inkişaf etdirmək;
- ABŞ silah sənayesi üçün normativ tələbləri azaltmaq məqsədilə Beynəlxalq Silah Satışı ilə bağlı qaydaları optimallaşdırmağa çalışmaq;
- Daha hansı silahların xaricə satıla biləcəyini müəyyən etmək üçün Birləşmiş Ştatlar Hərbi Silah-Sursat Siyahısını yenidən nəzərdən keçirmək;
- Son texnoloji yenilikləri nəzərə alaraq Ticarətə Nəzarət Siyahısındakı maddələri yeniləmək.
192 milyard dollarlıq silah satışı həm hökumətlərarası Xarici Hərbi Satışları, həm də şirkətlər və hökumət arasındakı Birbaşa Kommersiya Satışlarını özündə ehtiva edir.

Hökümətlərarası satışlar 2018-ci ildə 55,6 milyard dollar olaraq əvvəlki ilə nəzərən 33% artıb. Bunlar arasında ən böyük satışları 6,5 milyard dollara Səudiyyə Ərəbistanına satılmış “Littoral” döyüş gəmisi, 5,1 milyarda Kuveytə satılmış “F/A-18” təyyarəsi və 4,6 milyarda Polşaya satılmış “Patriot” hava və raketdən müdafiə sistemləri təşkil edir. Sözügedən satışlar Obama administrasiyası zamanında razılaşdırılsa da, satış 2018-ci ildə reallaşdırılıb.

Birbaşa Kommersiya Satışları isə 2018-ci ildə 136,6 milyard dollar olaraq əvvəlki ilə nisbətən 6,6% artım göstərib.

Müdafiə Sənayesi Ticarət Təşkilatının prezidenti Erik Fanninq bu dəyişiklikləri ticarət sistemində daha çox şəffaflıq, səmərəlilik və proqnozlaşdırmanı təmin etmək üçün əhəmiyyətli və mühüm addımlar adlandırıb və onların ABŞ xarici siyasətini və iqtisadi inkişafını dəstəklədiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: ABŞ   Silah-satışı  

ABŞ bu il nə qədər silah satıb? - HESABAT

2018/11/45645-1541748812.jpg
Oxunub: 590     19:09     09 Noyabr 2018    