Qorbaçovdan xəbərdarlıq: "Artıq nüvə müharibəsi ilə bağlı ssenarilər müzakirə olunur"

2018/11/234-1541748168.jpg
Oxunub: 218     11:20     09 Noyabr 2018    
“Mən inanıram ki, biz yeni Soyuq müharibəni dayandıra bilərik. Bunun üçün hər şeyi edəcəyəm”.

Ordu.az xəbər verir ki, bu sözləri sonuncu Sovet lideri Mixail Qorbaçov onun həyatı ilə bağlı sənədli filmin premyerasına qatılarkən bildirib.

Qorbaçov deyib ki, biz müharibəni həmişəlik qadağan etməliyik. O, Rusiya ilə ABŞ arasındakı gərginliyə toxunub və Soyuq müharibəyə heç bir zaman dönüş olmamalıdır deyə çağırış edib.

“Ən təhlükəlisi isə qarşıdurmaya - yeni silahlanma yarışının başlanğıcına qayıtmaq ola bilər. Artıq nüvə müharibəsindən bəhs edilir. Buna hazırlaşılır, ssenarilər müzakirə olunur”, - deyə o qeyd edib.

“Ən vacibi nüvə silahlarından xilas olmaqdır”, - deyə o əlavə edib.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Qorbaçov   Soyuq-müharibə  

Qorbaçovdan xəbərdarlıq: "Artıq nüvə müharibəsi ilə bağlı ssenarilər müzakirə olunur"

2018/11/234-1541748168.jpg
Oxunub: 219     11:20     09 Noyabr 2018    