Soyuq müharibə yenidən başlayıb?

2018/11/ap744-1541745183.jpg
Oxunub: 378     17:31     09 Noyabr 2018    
Sentyabr ayında Rusiya Çin və Monqolustan qoşunları ilə birgə ölkənin şərqində gözlənilməyən və 1981-ci ildən etibarən Rusiyanın ən böyük hərbi təlimi olan “Vostok-2018” təliminə başladı.

Oktyabr və Noyabr aylarında 29 NATO ölkəsi, İsveç və Finlandiya Norveçdə NATO-nun soyuq müharibədən etibarən ən irimiqyaslı təlimi adlandırılan “Trident Juncture 2018” hərbi təliminə başladı. Bu təlimdə iştirak edən “USS Harry S. Truman” 1990-cı illərin əvvəlindən bu yana Arktik dairəsinə daxil olan ilk ABŞ aviadaşıyıcısı oldu.

Bütün bu hadisələr, həmçinin Rusiya və NATO arasında gərginliyin artması bəzi ekspertlərdə Soyuq müharibənin yenidən başladığı ilə bağlı təəssürat yaradıb.

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford Soyuq müharibənin yenidən başlanmadığını, lakin bu hadisələrin ABŞ hərbi qüdrətinə təhlükə törətdiyini bildirib.

“Bunun Soyuq müharibə olduğunu düşünmürəm, lakin 90-cı illərə SSRİ-nin dağılmasından sonrakı dövrə baxsaq, o vaxtlar ABŞ-ın heç bir rəqibi yox idi. Hazırda isə Rusiya və Çin ABŞ hərbi qüdrətinə real rəqiblərdir. Rəqabət olması heç də konfliktlər olacağı mənasına gəlmir. Lakin hərbi perspektivdən baxdıqda ABŞ-ın artıq quru, dəniz, hava, kosmos və internet məkanındakı layihələrinə çətinlik törədəcək iki rəqibi var”.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Soyuq-Müharibə   NATO   Rusiya   ABŞ  

Soyuq müharibə yenidən başlayıb?

2018/11/ap744-1541745183.jpg
Oxunub: 379     17:31     09 Noyabr 2018    