BMT Yəmən danışıqlarının bu ilin sonuna baş tutmasını planlaşdırır

2018/11/34534-1541744760.jpg
Oxunub: 208     11:24     09 Noyabr 2018    
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits ölkədə vuruşan tərəfləri bu ilin sonuna qədər sülh danışıqlarına cəlb etməyi hədəfləyib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Fərhan Haq bəyan edib.

Xatırladaq ki, ötən həftə Haq Qriffitsin tərəfləri bu ayın sonuna qədər masa ətrafına toplamağa çalışdığını deyib. Lakin bu dəfə sözçü bəyanatına düzəliş edərək, əsas məqsədin siyasi konsultasiyaları bu ilin sonuna qədər başlatmaq olduğunu söyləyib.

“Hər zaman tərəfləri bir yerə gətirməkdə yeni və müxtəlif problemlər ortaya çıxır. Biz uğurlu dəyirmi masa danışıqlarının ən qısa zamanda başlamasına mane olan bütün əngəlləri aradan qaldırmağa çalışırıq”, - deyə o əlavə edib.

Bununla yanaşı, adının açıqlanmasını istəməyən başqa bir BMT diplomatı isə Britaniyanın Birləşmiş Ştatlarla birlikdə Yəməndəki müharibəni dayandırmağı nəzərdə tutan qətnamə üzərində çalışdığını irəli sürüb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: BMT   Yəmən  

BMT Yəmən danışıqlarının bu ilin sonuna baş tutmasını planlaşdırır

2018/11/34534-1541744760.jpg
Oxunub: 209     11:24     09 Noyabr 2018    