“ABŞ ən yaxşı silahlar kitabında yeni bir səhifə açır” – Riçard

2018/11/1000w-1541742907.jpg
Oxunub: 354     16:54     09 Noyabr 2018    
“ABŞ ən yaxşı silahlar kitabında yeni bir səhifə açır, lakin bu dəfə F-14-lərin yox, sualtı gəmilərin zamanıdır.”

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ donanmasının Sualtı Hərbi Dəniz Qüvvələrinin rəhbəri Çarlz Riçard məlumat verib.

Onun sözlərinə görə, donanmada yeni bir bölmə yaradılacaq və sualtı gəmilərə Rusiya və Çin gəmiləri ilə mübarizə vasitələri öyrədiləcək. Riçard yeni bölməni Sualtı Hərbi Dəniz Qüvvələrinin komandirləri və ekipajları üçün təlim və yenidənqurma işlərinin tərkib hissəsi olaraq gördüyünü vurğulayıb. O, sualtı gəmilərin yalnız hücum funksiyası deyil, kəşfiyyat və digər anti-terror missiyalarını da yerinə yetirməli olduqlarını deyib.

Qeyd edək ki, hazırda ABŞ Hərbi Dəniz Donanması 40 ədəd “Los-Angeles”, 13 ədəd “Virginia” və 3 ədəd “Seawolf” sinfinə məxsus olmaq üzrə 56 ədəd nüvə enerjisi ilə işləyən sualtı gəmisinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: ABŞ   HDD   Yeni-silahlar  

“ABŞ ən yaxşı silahlar kitabında yeni bir səhifə açır” – Riçard

2018/11/1000w-1541742907.jpg
Oxunub: 355     16:54     09 Noyabr 2018    