Çin potensial üçüncü aviadaşıyıcısı üçün hazırlanmış yeni PUA-nı təqdim edib

2018/11/10873-1541742335.jpg
Oxunub: 333     15:34     09 Noyabr 2018    
Çin potensial olaraq özünün üçüncü aviadaşıyıcısı üçün ərsəyə gətirildiyi ehtimal edilən yeni dronu nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, dronun nümayişi Çinin Zhuhai bölgəsində baş tutan aviaşouda təşkil edilib.

HK-5000G adı verilən dronun texniki xüsusiyyətləri barədə geniş məlumat verilməsə də, onun gəmi əsaslı silahlı kəşfiyyat dronu olduğu söylənilib.İstehsalçı firmanın tədqiqat və inkişaf bölməsinin vitse-meneceri Liu Yubao onun hələlik təkmilləşdirmə mərhələsində olduğunu bildirib.

Liunun sözlərinə görə, HK-5000G təxminən 5 ton çəkiyə sahibdir və 12 saat fasiləsiz havada qala bilir, lakin bunlar ilkin məlumatlardır və qarşıdakı dövrdə dəyişə bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   PUA   HK-5000G  

Çin potensial üçüncü aviadaşıyıcısı üçün hazırlanmış yeni PUA-nı təqdim edib

2018/11/10873-1541742335.jpg
Oxunub: 334     15:34     09 Noyabr 2018    