KXDR ABŞ-C. Koreya təlimlərini qınayıb

2018/11/ak_so-1541742236.jpg
Oxunub: 183     12:00     09 Noyabr 2018    
Şimali Koreya dövlət mediası vasitəsilə Birləşmiş Ştatlarla Cənubi Koreyanın yeni başlatdığı birgə hərbi təlimlərin keçirilməsini pisləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, KXDR həmçinin iki ölkə arasında Şimalın nüvəsizləşdirilməsi ilə bağlı işçi qrupunun yaradılmasına da sərt reaksiya verib.

O, işçi qrupu planının bir daha ABŞ-ın Koreyalararası əməkdaşlıq layihələrindən narahatlığını və onu dağıtma niyyətlərini ortaya qoyduğunu bildirib.

“ABŞ Koreyalararası əlaqələrə birbaşa nəzarət və idarə edəcək bir orqan yaratmaq üzrədir. Necə təkəbbürlü bir addımdır. ABŞ-ın Cənubi və Şimali Koreya arasındakı işlərə müdaxilə etməsi üçün heç bir zəmin yoxdur”, - deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, rəsmi Seul və Vaşinqton ötən həftə Şimali Koreyanın nüvəsizləşdirilməsi, sülh rejimi və sanksiyaların davamlı, sistemli müzakirələrini təşkil edəcək birgə işçi qrupunun formalaşdırılması üzrə razılığa gəlib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Cənubi-KoreyaŞ   KXDR  

KXDR ABŞ-C. Koreya təlimlərini qınayıb

2018/11/ak_so-1541742236.jpg
Oxunub: 184     12:00     09 Noyabr 2018    