Ərəb koalisiyası Hudeydənin dərinliyinə doğru irəliləyir

2018/11/800-1541738687.jpg
Oxunub: 202     09:25     09 Noyabr 2018    
Səudiyyə Ərəbistanı rəhbərliyindəki Ərəb koalisiyasının dəstəyi ilə Yəmən ordusu liman şəhəri Hudeydədə möhkəmlənməyə davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gün ərzində koalisiya qüvvələri husilərin şəhərdəki mövqelərini havadan atəşə tutub.

Artıq bir həftəyə yaxındır davam edən intensiv döyüşlər nəticəsində hökumət qüvvələri Hudeydənin sıx məskunlaşmış bölgələrinə qədər irəliləyiblər.

BƏƏ ordusunun təlim keçdiyi “Nəhənglər Briqadası”nın döyüşlərə öncüllük etdiyi və onların avtomatik silahlar, qumbaraatanlarla silahlandığı bildirilir.

Məlumata görə, Yəmənin ticari idxalının 80%-nə qədəri üçün giriş qapısı kimi bilinən Hudeydənin bəzi küçələrində artıq hökumət qüvvələrinin hərbi vasitələri hərəkət edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ərəb-Koalisiyası   Yəmən   Hudeydə  

Ərəb koalisiyası Hudeydənin dərinliyinə doğru irəliləyir

2018/11/800-1541738687.jpg
Oxunub: 203     09:25     09 Noyabr 2018    