Tonoyan Qazaxıstanda hərbi əməkdaşlıq məsələlərini müzakirə edib

2018/11/f5305-1541684963.jpg
Oxunub: 199     16:56     08 Noyabr 2018    
Ermənistan Müdafiə naziri Davit Tonoyan Astanada həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Astanada KTMT-yə üzv dövlətlərin XİN, MN rəhbərlərinin və Təhlükəsizlik Şurası katiblərinin birgə iclası çərçivəsində Ermənistan müdafiə naziri Davit Tonoyanla Qazaxstan müdafiə naziri Nurlan Yermekbayev görüşüb.

Görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə edilib. Əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər iki ölkə arasında KTMT və MDB, həmçinin beynəlxalq ordu oyunları çərçivəsində silahlı qüvvələrin bölmələrinin əməliyyat və döyüş hazırlığı tədbirlərində fəal iştirakını, hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər.

Müdafiə nazirləri hərbi və hərbi texniki əməkdaşlıq sahəsində təmasları davam etdirməyə hazır olduqlarını bəyan ediblər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Tonoyan Qazaxıstanda hərbi əməkdaşlıq məsələlərini müzakirə edib

2018/11/f5305-1541684963.jpg
Oxunub: 202     16:56     08 Noyabr 2018    