“Raytheon” ABŞ üçün süni zəka sistemləri hazırlayacaq

2018/11/Rayth-1541683965.jpg
Oxunub: 268     17:34     08 Noyabr 2018    
“Raytheon” şirkəti ABŞ Milli Kəşfiyyat Agentliyi (MGA) tərəfindən 600 milyon dollarlıq iki müqavilə ilə təltif edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Raytheon” rəsmisi Deyv Vajsqras məlumat verib.

Müqavilə çərçivəsində şirkət Agentliyin “Janus” proqramı üçün üçün məlumatların avtomatlaşdırılması, analizi və süni zəka ilə işləyən sistemlər inkişaf etdirəcək.

“Janus” proqramında əsas məqsəd ABŞ peyk sistemlərinin təhlükəsizliyini təmin etmək və potensial kiber təhlükələri müəyyən etməkdir. Qeyd edək ki, sözügedən proqram MGA-nın “Avtomatlaşdırma, Auqmentasiya və Süni zəka” strategiyası üzrə həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Janus   Raytheon  

“Raytheon” ABŞ üçün süni zəka sistemləri hazırlayacaq

2018/11/Rayth-1541683965.jpg
Oxunub: 269     17:34     08 Noyabr 2018    