Səudiyyə Ərəbistanı və İspaniya hərbi dəniz şirkəti yaradacaq

2018/11/p1403-1541683836.jpg
Oxunub: 308     17:29     08 Noyabr 2018    
Səudiyyə Ərəbistanı və İspaniya çərşənbə axşamı “SAMİ Navantia Hərbi Dəniz Müəssisəsi” adlı şirkət yaratmaq üçün müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərəə istinadən xəbər verir ki, müqavilə Səudiyyə Hərbi Sənaye Şirkəti və “Navantia” Hərbi Dəniz Sənayesi şirkəti rəsmiləri arasında imzalanıb.

Müqavilə çərçivəsində, həmçinin Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi üçün beş ədəd “Avante 2200” korveti hazırlanacaq və Döyüş İdarəetmə Sisteminə inteqrasiya ediləcək.

Qeyd edək ki, müqavilə ilə bağlı sövdələşmə bu ilin aprelində Baş nazirin müavini və Müdafiə naziri Məhəmməd İbn Salmanın İspaniyanın paytaxtına səfəri zamanı olub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: SəudiyyəƏrəbistanı   İspaniya  

Səudiyyə Ərəbistanı və İspaniya hərbi dəniz şirkəti yaradacaq

2018/11/p1403-1541683836.jpg
Oxunub: 309     17:29     08 Noyabr 2018    