Ermənistanda ordudan fərarilik edənlərə güzəşt edilib

2018/11/15110-1541683100.jpg
Oxunub: 264     17:17     08 Noyabr 2018    
Ermənistanda məcburi hərbi xidmətdən yayınan şəxslərin geri qayıtma vaxtı dekabrın 31-dək uzadılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökuməti bu gün keçirdiyi iclasda “Yelk” fraksiyasını təmsil edən deputat Qevor Qorqisyanın “Müəyyən edilmiş qaydaları pozaraq məcburi hərbi xidmət keçməyən vətəndaşlar haqqında” qanuna dəyişiklik edilməsi haqqında təşəbbüsünə razılıq verib.

Qanun layihəsinə edilən təklifi Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan təqdim edib.

Qanun layihəsində təklif olunan dəyişikliyə əsasən, qanun dekabrın 31-dək 27 yaşı tamam olan şəxslərə və ehtiyatda olan 35 yaşı tamam olan zabitlərə şamil ediləcək.

Bununla da, xidmətdən yayınanlara təyin olunmuş vaxtadək Ermənistana geri qayıtmaq fürsəti verilir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Ermənistanda ordudan fərarilik edənlərə güzəşt edilib

2018/11/15110-1541683100.jpg
Oxunub: 265     17:17     08 Noyabr 2018    