Putin və Tramp nüvə silahlarına nəzarəti xilas edə bilərmi?

2018/11/35ab7-1541682489.jpg
Oxunub: 242     20:15     08 Noyabr 2018    
ABŞ prezidenti Donalt Trampın noyabrın 11-də ayaqüstü olaraq rusiyalı həmkarı ilə görüşməsi gözlənilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bir çoxları bu görüşün 1987-ci il nüvə silahlarına nəzarət müqaviləsini xilas etmək üçün sonuncu şans ola biləcəyini düşünür.

Bunun üçün isə əvvəlcə Tramp administrasiyasının bu müqaviləni saxlamaq üçün əllərindən gələni etdiklərinə dair iddialarını dayandırmaları lazımdır. Trampın bu müqavilədən çıxacağını elan etməsindən bir neçə gün sonra Pentaqon rəhbəri Ceyms Mettis müqavilə üçün hər şeyi etdiklərini bildirib.

Hətta o, ictimaiyyətə səslənərək söyləyib ki, əgər kiminsə bununla bağlı əlavə təklifi varsa, elektron poçt ünvanına yazsın.

Lakin ekspertlər reallıqda Birləşmiş Ştatların Moskvaya etiraz olaraq çox az şey etdiyini düşünür. Rusiyanın qadağan edilmiş qanadlı raketləri yerləşdirməsi bu müqavilənin pozulması olsa da, Rusiya da öz növbəsində ABŞ-ın Rumıniya və Polşaya yerləşdirdiyi raketlərin onun şərtlərinə uyğun gəlmədiyini söyləyir.

Artıq görünən odur ki, diplomatiya üçün bütün qapılar bağlanıb. Ötən həftəsonu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Rusiya bu müqaviləni müzakirə etməyə hazır olsa da, ABŞ-ın yekun qərarı verdiyi görünür.

Bütün bunlara baxmayaraq, Reyqan və Qorbaçov kimi, Tramp və Putinin də özlərinin növbəti ayaqüstü görüşünü yeni, transformativ partnyorluğun ərsəyə gətirilməsi üçün istifadə edə biləcəklərinə ümid edənlər az deyil.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Nüvə-müqaviləsi  

Putin və Tramp nüvə silahlarına nəzarəti xilas edə bilərmi?

2018/11/35ab7-1541682489.jpg
Oxunub: 243     20:15     08 Noyabr 2018    