“Dassault” Kanadanın qırıcı təyyarə yarışmasından niyə geri çəkilib?

2018/11/KGI5Z-1541682285.jpg
Oxunub: 253     21:53     08 Noyabr 2018    
“Dassault Aviasiya” şirkəti Kanadanın 88 yeni qırıcı təyyarə almaq üçün keçirdiyi yarışmadan geri çəkilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat şirkət tərəfindən göndərilmiş rəsmi məktubla təsdiqlənib.

“Dassault” müsabiqə üçün Kanada hökuməti tərəfindən təsdiqlənmişdi və Kanada Hərbi Hava Qüvvələrinə “Rafale” qırıcı təyyarələrini təklif etməsi nəzərdə tutulmuşdu. Lakin funksional uyğunluq və kəşfiyyat məlumatları mübadiləsi tələblərinin həddindən artıq çox olması səbəbilə şirkət rəqabətdən geri çəkilib. “Rafale”in yarışmadan çıxması ilə rəqabətə davam edəcək təyyarələr F-35, “Eurofighter Typhoon”, “Gripen” və “Super Hornet”dir.

Qeyd edək ki, yeni təyyarələrin alışı üçün nəzərdə tutulan məbləğ 12,2 milyard dollardır və onların 2019-cu il may ayınadək hazır olması gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Dassault   Kanada  

“Dassault” Kanadanın qırıcı təyyarə yarışmasından niyə geri çəkilib?

2018/11/KGI5Z-1541682285.jpg
Oxunub: 256     21:53     08 Noyabr 2018    