Pakistan HHQ zabiti: "İslamabad Bakı ilə hərbi əməkdaşlığı dərinləşdirməyə hazırdır"

2018/11/27624-1541681569.jpg
Oxunub: 834     16:50     08 Noyabr 2018    
"On ildən artıqdır ki, Azərbaycan və Pakistan bir çox məsələlərdə, o cümlədən hərbi-texniki sahədə yaxından əməkdaşlıq edir. Pakistan Azərbaycana hərbi-texniki yardım göstərib və göstərməkdə davam edəcək. Hərbi-texniki sahədə sıx əməkdaşlıq sayəsində İslamabad və Bakı bütün dünyaya, xüsusilə də bizim rəqiblərimizə, hər hansı bir gələcək münaqişədə bir-birimizə dəstək verəcəyimizi nümayiş etdirir".

Bu barədə Ordu.az-a Pakistan Hərbi Hava Qüvvələrinin keçmiş istismar direktoru, ehtiyatda olan kommodor, pakistanlı hərbi ekspert Kayzer Tufayl bu həftə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və Müdafiə sənayesi üzrə federal nazir Zubeyda Cəlal Xan arasında İslamabadda baş tutan görüşünü şərh edərkən bildirib.

Xatırladaq ki, görüşdə Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu sahədə birgə layihələrin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Pakistanlı nazir bildirib ki, Pakistan müdafiə sənayesində əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır və Azərbaycan Ordusunu zəruri silah və avadanlıqlarla təmin etməyə hazırdır.

K. Tufaylın sözlərinə görə iki ölkə nümayəndələri arasında belə görüşləri yalnız alqışlamaq olar.

"Ermənistan silahlı qüvvələrinın işğal etdiyi Dağlıq Qarabağın hərbi əməliyyatlar teatrının dağlıq relyefini nəzərə alaraq, Pakistanın Azərbaycana təklif edəcəyi məhsulları mövcuddur.

Pakistan müdafiə sənayesi əhəmiyyətli elmi- istehsal potensialına malikdir. Əvvəlcə Pakistanın şimalında yerləşən artilleriya sistemlərini, atıcı silahları və döyüş sursatını istehsal edən POF (Pakistan Ordnance Factory) kompleksindən danışmaq istəyirəm. Kompleks 14 silah zavodundan ibarətdir və hər cür silah və döyüş sursatı istehsal edir. Yeri gəlmişkən, POF həm Pakistan, həm də Azərbaycan Ordusu tərəfindən istifadə olunan bir neçə növ sursat istehsal edir. Bu xüsusilə Türkiyənin 155 mm-lik T-155 "Firtina SP" və 122 mm-lik "Qvozdika" özüyeriyən haubitsaları üçün artilleriya mərmilərinə aiddir. Bundan başqa 122 mm "Qrad" YARS, T-72 və T-90 tankları üçün də mərmilər istehsal edilir.

Pakistanın güclü elmi-istehsal potensialının və müdafiə sənayesinin bu gün silahlı qüvvələrimizin bütün silah və döyüş sursatı ehtiyaclarına tam cavab verdiyini nəzərə alaraq, İslamabad Azərbaycanla hərbi-texniki əməkdaşlığı dərinləşdirməyə hazırdır ", - deyə o qeyd edib.

Bahram Batyev
Ordu.az

Teqlər:

Pakistan HHQ zabiti: "İslamabad Bakı ilə hərbi əməkdaşlığı dərinləşdirməyə hazırdır"

2018/11/27624-1541681569.jpg
Oxunub: 835     16:50     08 Noyabr 2018    