“National Interest”: Çin HDD 2022-ci ilə kimi 4 aviadaşıyıcıya malik olacaq?

2018/11/RTR4B-1541681094.jpg
Oxunub: 274     17:43     08 Noyabr 2018    
Pekin 2022-ci ilə qədər dörd aviadaşıyıcıya malik ola bilər.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu gün Çinin iki aviadaşıyıcısı var: köhnə Sovet aviadaşıyıcısı “Liaoning” və “Type 002”. Sonuncu hazırda dəniz sınaqlarını həyata keçirir. “Type 002” Çinin ilk döyüş qabiliyyətli aviadaşıyıcısı olacaq.

Hazırda Şanxayda yerləşən “Jiangnan” tərsanəsində üçüncü gəminin inşası da davam edir. Etibarlı mənbələrdən verilən məlumatlarda qeyd olunur ki, eyni sinfli dördüncü gəmi isə Dalianda inşa edilir. Bu yeni tip gəmi “Type 003” olaraq adlandırılır ki, o müasir, modulyar quruluş üsulu ilə inşa edilən ilk Çin aviadaşıyıcısı olacaq.

Eyni zamanda, Çin dizaynerləri “Type 004” adlı dördüncü sinif gəminin inşası zamanı çətinliklərin öhdəsindən əzmlə gələcəklərinə inanırlar.

Gəmilərin 2022-ci ilə kimi yekunlaşdırılaraq Çin donanmasının istifadəsinə verilməsi planlaşdırılır. Bütün bunlar dünya ictimaiyyətində yalnız bir sıra suallar yaradır.

Çin bu gücdən necə və hansı istiqamətdə istifadə edəcək?

İlkin Məmmədov
Ordu.az

Teqlər: Çin   Aviadaşıyıcı  

“National Interest”: Çin HDD 2022-ci ilə kimi 4 aviadaşıyıcıya malik olacaq?

2018/11/RTR4B-1541681094.jpg
Oxunub: 275     17:43     08 Noyabr 2018    