Avstraliya Sakit Okean ölkələri üçün 1,5 milyard dollar maliyyə buraxıb

2018/11/20181-1541680094.jpg
Oxunub: 194     16:26     08 Noyabr 2018    
Avstraliya Sakit Okean ölkələrinə infrastrukturların qurulmasında kömək etmək üçün 1,5 milyard dollar qrant və aşağı faizli kredit təklif edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu gün Avstraliya Baş naziri Skot Morrison məlumat verib.

Onun sözlərinə görə, Kanberra bu addımı az məskunlaşmış Sakit Okean ölkələrinə resurslar təklif edərək onları təsir altında saxlamağa çalışan Çinin qarşısını almaq üçün atıb. O, həmçinin, Avstraliyanın Sakit Okeanda diplomatik mövcudluğunu artıracağını deyib.

Qeyd edək ki, Çin 2011-ci ildən bəri sözügedən ölkələrə 1,3 milyard dəyərində kredit və qrant ayırıb. Qərb isə bu ərazidəki ölkələrin Pekinə borclanacağı ilə bağlı narahatlığını bir neçə dəfə dilə gətirib.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Avstraliya   Okeaniya   Çin  

Avstraliya Sakit Okean ölkələri üçün 1,5 milyard dollar maliyyə buraxıb

2018/11/20181-1541680094.jpg
Oxunub: 195     16:26     08 Noyabr 2018    