Hindistan və Çin arasında qaynar zolaq yaradılacaq

2018/11/15416-1541679934.jpg
Oxunub: 241     20:40     08 Noyabr 2018    
Hindistan və Çin Faktiki Nəzarət Xətti boyunca hərbi və regional bazalarını birləşdirəcək qaynar zolaq yaratmağı planlayır.

Ordu.az xəbər verir ki, bu barədə qərar növbəti çərşənbə axşamı iki ölkənin Müdafiə nazirləri arasında keçiriləcək görüşdə dəqiqləşdiriləcək.

Bu addımın atılmasında əsas məqsəd Faktiki Nəzarət Xətti boyunca gərginliyi azaltmaq və iki ölkə arasındakı danışıqları asanlaşdırmaqdır.

Hindistan KİV-lərinin yayımladığı məlumata görə, Hindistan Hərbi Komandanlığı, Tibet Muxtar Vilayətinə nəzarət edən Qərbi Teatr Komandanlığı və Sincan əyaləti arasında da birbaşa zolaq təşkil ediləcək.

Yeni yaradılmış ərazilər 2019-cu ildə ikitərəfli müzakirələr və hərbi təlimlərə ev sahibliyi edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Çin   Qaynar-zolaq  

Hindistan və Çin arasında qaynar zolaq yaradılacaq

2018/11/15416-1541679934.jpg
Oxunub: 244     20:40     08 Noyabr 2018    