“GM Defense” hiderogen enerjili stels pikapı təqdim edib

2018/11/silve-1541679674.jpg
Oxunub: 226     21:21     08 Noyabr 2018    
“General Motors”un hərbi maşınlara fokuslanan yeni qanadı “GM Defense” hidrogen enerjili elektrik “Silverado ZH2” pikapını nümayiş etdirib.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, o “Colorado ZH2”nin superölçülü yeni versiyasıdır.

“Colorado ZH2” bir müddətdir ki, ABŞ Quru Qoşunlarının Avtomat Tədqiqat, Təkmilləşdirmə və Mühəndislik Mərkəzi tərəfindən sınaqdan keçirilir.

“Silverado”nun ondan fərqi üç ədəd hidrogen yanacaq çəni ilə təchiz edilməsidir. Ona əlavə edilmiş “Hydrotec” yanacaq hücrəsi maşın üçün elektrik yaradır və eyni zamanda stelslik təmin edir.

“GM Defense”nin eyni zamanda hidrogen enerjili tam avtonom karqo vasitəsi üzərində də işlədiyi bildirilir. Hərbi sistemlərlə təchiz ediləcək vasitənin adı SURUS-dur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: GMDefense   SURUS  

“GM Defense” hiderogen enerjili stels pikapı təqdim edib

2018/11/silve-1541679674.jpg
Oxunub: 227     21:21     08 Noyabr 2018    