ABŞ ordusu üzləşdiyi təhdidlərə hazırdırmı?

2018/11/aircr-1541679568.jpg
Oxunub: 257     22:17     08 Noyabr 2018    
Birləşmiş Ştatlar öz hərbi xərclərində rəqiblərini xeyli dərəcədə üstələsə də, bir çox ekspert bu xərclərin ordunu həmin dövlətlərdən üzləşə biləcəyi təhdidlərə hazırlayıb-hazırlamadığından şübhəlidir.

Ordu.az xəbər verir ki, bu məsələ Vaşinqtondakı “Brookings” institutunda müzakirələr keçirilib.

İnstitutun əməkdaşı Mara Karlin tez-tez ordunun hazırlığı barəsində müzakirələr edildiyini lakin heç kimin bu sualları səsləndirmədiyini diqqətə çatdırıb: “Nəyə hazırlıq?”, “Nə vaxt hazır olmaq lazımdır?”.

O, Pentaqonun özündə hazırlığın mənası barəsində və ona necə nail olmaq barəsində fikir ayrılıqlarının olduğunu söyləyib. O, xüsusilə 2011-ci ildə qəbul edilən “Büdcəyə Nəzarət Qanununun” ABŞ-ın 11 sentyabrdan sonrakı strategiyalarına böyük təsir etdiyini bildirib.

ABŞ donanmasının komandanı Brendan Stikles isə hazırda donanma qarşısında 355 gəmilik bir tələbin qoyulduğunu lakin, buna qarşılıq donanmanın istifadəsində 286 gəminin olduğunu xatırladıb. Buna baxmayaraq, o, hazırlıqla bağlı nikbin olmağa səbəblər olduğunu da söyləyib.

Belə ki, Stikles donanmanın təchizat zənciri və məlumat analitikləri təsisatlarında inkişafın müşahidə edildiyini söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ-ordusu   HDD  

ABŞ ordusu üzləşdiyi təhdidlərə hazırdırmı?

2018/11/aircr-1541679568.jpg
Oxunub: 258     22:17     08 Noyabr 2018    