Çinin yeni hipersəs raketi ABŞ döyüş gəmiləri üçün nə deməkdir?

2018/11/ap697-1541679363.jpg
Oxunub: 314     19:14     08 Noyabr 2018    
Çin bu günlərdə Zhuhai vilayətində keçirilməkdə olan Aviaşouda bir neçə gün öncə yeni CM-401 qısa mənzilli, gəmi əleyhinə ballistik raketini nümayiş etdirdi.

Ordu.az xəbər verir ki, Çin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) tərəfindən təqdim edilən raket ABŞ donanması üçün yeni təhlükə mənasına gələ bilər.

Belə ki, onun onsuz da ABŞ və Çin donanmaları arasındakı gərgin olan vəziyyəti bir qədər də riskə ata biləcəyi bildirilir.

Raket orta ölçülü gəmilər, dəniz tapşırıq qüvvələri və sahil kənarı təsisatlar üçün dəqiq və sürətli zərbə endirmək üçün dizayn edilib.

Çinin dövlət mətbu orqanı “Global Times” iddia edir ki, o, səsdən 6 dəfə daha sürətlə hərəkət edə bilir. Üstəlik onun bu sürəti və təxmin edilə bilməyən uçuş trayektoriyası raketin zərərsizləşdirilməsini mümkünsüz edir.

Başqa bir hərbi ekspert isə silahın sadəcə bir zərbə ilə rəqib gəmini məhv etmə imkanına malik olduğunu söyləyib. 180 kilometr mənzilə sahib olan CM-401 sahildə yerləşdirilmiş atıcıdan, yaxud gəmidən atıla bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Hipersəs-raket  

Çinin yeni hipersəs raketi ABŞ döyüş gəmiləri üçün nə deməkdir?

2018/11/ap697-1541679363.jpg
Oxunub: 315     19:14     08 Noyabr 2018    