ATAK-a yeni atəşə nəzarət radarı əlavə ediləcək

2018/11/thumb-1541679240.jpg
Oxunub: 347     20:04     08 Noyabr 2018    
Öz sinfinin ən effektiv hücum helikopteri hesab edilən ATAK-a yeni atəşə nəzarət radarının inteqrasiyası planlaşdırılır.

Ordu.az xəbər verir ki, bu məqsədlə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin koordinasiyası altında METEKSAN firması tərəfindən çalışmalar aparılır.

ATAK helikopterinin təkmilləşdirilməsinə yönəlik həyata keçirilən layihə çərçivəsində MİLDAR atəşə nəzarət radarının inteqrasiyası planlaşdırılır.

“Hava Platformaları üçün Millimetre Dalğa Radarının Təkmilləşdirilməsi Layihə” çərçivəsində ərsəyə gətirilən radar helikopterin qanad altına əlavə ediləcək.

Radarın helikopter üzərində də daxil olmaqla bütün sınaq mərhələləri tamamlanıb və sınaqlarda gerçək hədəflərdən istifadə edilib.

O, TSQ-yə elektro-optik sistemlərin imkanlarının zəiflədiyi hava şəraitində yüksək qabiliyyət, elektro-optik sistemlərin hədəfə yönləndirilməsində zaman qazanması kimi əməliyyat üstünlükləri təmin edir.

MİLDAR sürətli şəkildə hərəkətli hədəfləri təsbit və təqib edə bilir. Pilota 360 dərəcə vəziyyətdən xəbərdarlıq imkanı verən radar eyni anda birdən çox hədəfi nəzarətdə saxlayaraq helikopterin hücum və müdafiə imkanlarını artırır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ATAK   MİLDAR  

ATAK-a yeni atəşə nəzarət radarı əlavə ediləcək

2018/11/thumb-1541679240.jpg
Oxunub: 348     20:04     08 Noyabr 2018    