Britaniya HDD-nin yeni aviadaşıyıcısı 2019-cu ildə hazır olacaq

2018/11/34534-1541678586.jpg
Oxunub: 360     16:02     08 Noyabr 2018    
İnşa edilən ikinci HMS “Queen Elizabeth” aviadaşıyıcısı təxminən bir il müddətində təhvil veriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcını istehsal edən alyansın icraedici direktoru Saymon Lister bildirib.

O qeyd edib ki, yeni gəminin adının “Prince of Wales” olacağı nəzərdə tutulub. Bu aviadaşıyıcı gəmi İngiltərə Kral Donanmasının inşa edilən ən böyük və güclü gəmisi olacaq.

Lister deyib ki, aviadaşıyıcı 2019-cu ilin noyabrı üçün sınaq səyahətinə hazır olacaq və növbəti ay donanmanın istifadəsinə veriləcək.

Gəmi “Queen Elizabeth” aviadaşıyıcısının inşası zamanı əldə olunmuş nəticələrdən də istifadə edilməklə inşa olunacaq ki, bu da həm vaxt, həm də maliyyə baxımından daha öncəkindən sərfəli başa gələcək. Ümunmlikdə iki gəminin inşasının 6.2 mlrd funtsterlinqə başa gələcəyi nəzərdə tutulub.

“Lakin, yekun rəqəmlər hələ tam dəqiq bilinmir”, - deyə o əlavə edib.

İlkin Məmmədov
Ordu.az

Teqlər:

Britaniya HDD-nin yeni aviadaşıyıcısı 2019-cu ildə hazır olacaq

2018/11/34534-1541678586.jpg
Oxunub: 361     16:02     08 Noyabr 2018    