ABŞ donanması dron gəminin prototipini sınaqdan keçirir

2018/11/image-1541678165.jpg
Oxunub: 250     15:54     08 Noyabr 2018    
ABŞ donanması katamaran üslublu dron gəmisi “Sea Hunter”in prototipini sınaqdan keçirməyə başlayıb.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, sınaqlar ABŞ-ın Pörl Harbordakı bazasında keçirilir.

ABŞ donanmasının Sakit okean Filotiliyasının mətbuat katibi komandir-leytenant Tim Qorman bildirib ki, sınaqlar Donanmanın Tədqiqat Bölməsi tərəfindən təşkil edilir.

Sınaqda əsasən “Sea Hunter”in davamlılığı və uçuş mənzilinə diqqət yetirilir. Eyni zamanda onun çətin missiyalar zamanı nə qədər etibarlı olduğu da nəzər yetirilən məqamlardandır.

Qeyd edək ki, “Sea Hunter” ABŞ-ın Müdafiə sahəsində Qabaqcıl Tədqiqat Layihələri İdarəsi (DARPA) tərəfindən dizayn edilib və hazırlanıb. O, donanmanın Tədqiqat Bölməsinə bu ilin fevralında təqdim edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   SeaHunter  

ABŞ donanması dron gəminin prototipini sınaqdan keçirir

2018/11/image-1541678165.jpg
Oxunub: 253     15:54     08 Noyabr 2018    