Rusiyanın yenilənmiş hərbi nəqliyyat təyyarəsi ilk uçuşunu sərgiləyib

2018/11/12070-1541677435.jpg
Oxunub: 331     15:41     08 Noyabr 2018    
"Rusiya Müdafiə Nazirliyinin göstəricilərinə uyğun olaraq qurulan ilk serialı istehsal təyyarəsi olan Il-76MD-90A-nın ilk uçuşu həyata keçirilib".

Ordu.az xəbər verir ki, bu barədə “İlyuşin” təyyarə şirkətinin rəhbəri Aeksey Roqozin öz “Facebook” səhifəsində yazıb.

Serialı istehsal olunan Il-76MD-90A təyyarəsi Il-76 hərbi təyyarəsinin geniş bir həcmdə inkişaf etdirilməsi nəticəsində ərsəyə gətirilib. Təyyarə noyabrın 7-də ilk dəfə debüt uçuşunu reallaşdırıb.

“Il-76MD-90A təyyarəsi Il-76 hərbi nəqliyyat təyyarələrinin ikinci nəslidir. İlk uçuşu 2012-ci ilin sentyabr ayında həyata keçirilib. Müdafiə Nazirliyinin tələblərinə uyğunluğunu sınamaq üçün ilk qiymətləndirmə uçuşu 2016-cı ilin dekabr ayında keçirilib. Dünən, Rusiya Müdafiə Nazirliyinin göstəricilərinə uyğun olaraq qurulan ilk serialı istehsal təyyarəsi olan Il-76MD-90A-nın ilk uçuşu həyata keçirilib. Təyyarənin yeni versiyası yanacaq istifadəsini 10% azaldan PS-90A-76 mühərriki ilə təchiz olunub", - deyə Roqozin qeyd edib.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Rusiya   Hərbi-nəqliyyat-təyyarəsi   IL  

Rusiyanın yenilənmiş hərbi nəqliyyat təyyarəsi ilk uçuşunu sərgiləyib

2018/11/12070-1541677435.jpg
Oxunub: 332     15:41     08 Noyabr 2018    