ABŞ Koreyadakı hərbi mövcudluğunu azaltmayacaq

2018/11/image-1541677112.jpg
Oxunub: 217     15:37     08 Noyabr 2018    
Birləşmiş Ştatlar Cənubi Koreyada hərbi mövcudluğunu azaldacağına dair iddiaları təkzib edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Baş Qərargahının mətbuat xidməti Patrik Rayder danışıb.

Xatırladaq ki, iki gün öncə Baş Qərargah rəisi Cozef Danford Şimali Koreya ilə aparılan diplomatik prosesin uğurlu olacağı təqdirdə ABŞ-ın buradakı hərbi doktrinasına dəyişikliklər edə biləcəyini bildirdi.

Rayder bu çıxışdan sonra ABŞ-ın Koreya yarımadasındakı hərbi qüvvələrinin sayını azalda biləcəyinə dair yayılan söz-söhbətə münasibət bildirərək qeyd edib ki, buradakı qüvvələrin miqyası ilə bağlı hansısa yeni plan yoxdur.

O daha sonra əlavə edərək bildirib ki, Pentaqon Dövlət katibi Mayk Pompeonun səylərinə dəstək xarakterli ata biləcəyi addımları nəzərdən keçirir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

ABŞ Koreyadakı hərbi mövcudluğunu azaltmayacaq

2018/11/image-1541677112.jpg
Oxunub: 220     15:37     08 Noyabr 2018    