Suriyalı general: “S-300-lər İsrailin hücumlarının müvəffəqiyyətini minimuma endirib”

2018/11/13970-1541675948.jpg
Oxunub: 284     15:18     08 Noyabr 2018    
“Rusiyanın S-300 HHM sistemlərini Suriyaya çatdırması İsrailin yeni hücumları riskini ləğv etməsə də, müvəffəqiyyət ehtimalını minimuma endirdi”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Suriya ordusunun siyasi bürosunun rəhbəri general Həsən Əhməd Həsən deyib.

“Hərbi strategiyada sıfır ehtimalı anlayışı yoxdur. Bu ehtimalın sıfıra endirildiyini söyləyə bilmərik. Çünki biz açıq səmalardan, geniş sərhədlərdən, müxtəlif texnologiyalardan danışırıq... Buna görə də deyə bilmərəm ki, sonda belə bir ehtimal ola bilməz, lakin hədəflərinə çatacaq təcavüz ehtimalı minimuma endirilib”, - deyə o İsrailin hücumları ilə bağlı suala cavab verərəkən söyləyib.

İlkin Məmmədov
Ordu.az

Teqlər:

Suriyalı general: “S-300-lər İsrailin hücumlarının müvəffəqiyyətini minimuma endirib”

2018/11/13970-1541675948.jpg
Oxunub: 285     15:18     08 Noyabr 2018    