Super Hamar Yol: Çin ordusu Asiyanın növbəti böyük müharibəsini qazanmağı planlaşdırır

2018/11/RTS1Z-1541675706.jpg
Oxunub: 334     15:14     08 Noyabr 2018    
Sürətlə pisləşən böhran vəziyyətində, Çinin İkinci Artilleriya Korpusu problemə doğru sürətlə hərəkət etmək məcburiyyətində qalacaq. Bu yerdə yüksək sürətli dəmir yolu məsələsi ortaya çıxır.

“China Youth Daily”nin hesabatına görə, korpuslar Yaponiya və ya Tayvanla qarşıdurma halında sahillərə doğru yüksək sürətli dəmir yolu xəttləri boyunca qanadlı raketlərini təcili olaraq yerləşdirə bilər. Adətən Çinin yüksək sürətli dəmiryolu şəbəkəsi, ölkə boyunca milyonlarla səyahətçini daşımağa xidmət edib.

Ancaq 2015-ci il mayın 14-də getdikcə artan şəbəkənin bir hissəsi çox fərqli bir məqsədə xidmət etməyə başladı. Lanzhou hərbi bölgəsindən Çin ordusunun briqadası, yüksək sürətli qatarla qərbə doğru 300 mil məsafəyə - Sintszyana yola düşdü.

Tapşırıq, sürətli və ağıllı bir şəkildə böyük ölkə ətrafında qoşunları hərəkət etdirmək idi. Pekin bu məsələni həll etmək üçün uzun zaman sərf edirdi. Çin dünyanın ən böyük quru ordusuna və dünyanın ən uzun quru sərhədinə sahibdir, o cümlədən 14 xalqla qonşuluqda yerləşir.

Bu ölkələrdən biri olan Hindistan, Pekinin rəqiblərindən biridir və bu iki ölkənin davam edən 2 sərhəd münaqişəsi var. Cənubda Myanma, qərbdə Tacikistan və Qırğızıstan potensial olaraq qeyri-stabildir. Digər bir tərəfdən də Şimali Koreya ilə sərhəd mövcuddur.

Bütün bunlar sərhəd boyunca çoxsaylı potensial böhranları özündə gətirir. Nəticədə, Pekin öz ordusunun çoxsaylı və potensial böhranlara cavab vermə qabiliyyətinə malik olmasını istəyir. Buna görə də yüksək sürətli qatarlar prioritet məsələyə çevrilir.

Çin ordusu sürətlə hərəkət etməyə başlayır...

Lanzhou briqadasının avadanlıqları da daxil olan səyahət, ilk dəfə bir hərbi hissənin yüksək sürətli dəmir yolu xətti ilə Sintzsyana səyahəti idi. Çinin bu qərb əyaləti dövlət və etnik uyğur silahlıları arasında döyüşə ev sahibliyi edən bölgədir.

Dövlətin hərbi qəzeti “Jiefangjun Bao” bu sınağı “hərbi güc proyeksiyası və döyüş hazırlığı qüvvələrinin mülki-hərbi inteqrasiyası kimi təsvir etdi. Bu, hərbi məqsədlər üçün mülki infrastrukturdan istifadə edən Çinə işarə idi.

Hazırda Çin sürəti saatda 120 mildən yuxarı olan qatarlarla dünyanın ən yüksək sürətli dəmir yolu şəbəkəsinə malikdir. Bununla yanaşı, ölkə son illər hava və dəniz sahəsində də mühüm proqresslər əldə edib.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Çin   Dəmir-yolu  

Super Hamar Yol: Çin ordusu Asiyanın növbəti böyük müharibəsini qazanmağı planlaşdırır

2018/11/RTS1Z-1541675706.jpg
Oxunub: 335     15:14     08 Noyabr 2018    