“Lockheed” pilotsuz hava gəmisinə sintetik boşluqlu radar əlavə edib

2018/11/yourf-1541674744.jpg
Oxunub: 183     14:56     08 Noyabr 2018    
“Lockheed Martin” özünün pilotsuz hava gəmisi “74K Aerostat”a sintetik dəliyə sahib radarı uğurla inteqrasiya edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə firmanın Naviqasiya, Müşahidə və Pilotsuz Sistemlər üzrə vitse-prezidenti Cerri Mamrol danışıb.

Bildirilir ki, “Telephonics RDR-1700B” radarı hətta buludlu şəraitdə belə quru və sudan görüntü təmin edir. Sistemin başqa bir xüsusiyyəti isə avtomat identifikasiya sistemidir.

Mamrol bildirib ki, “Lockheed Martin” tərəfindən istehsal edilən digər aerostatlar əsasən ABŞ-Meksika sərhədinin müşahidəsində istifadə edilsə də, yeni sistem ən çox Əfqanıstandakı missiyalar üçün uyğundur.

Məlumata görə, “74K Aerostat”ın 1,6 milyondan çox döyüş missiyası uçuş saatı imkanına malikdir. O, fasiləsiz olaraq 30 gün havada qala və yerin səthindən 1,5 kilometr yüksəklikdə əməliyyat keçirə bilər. Onun yük götürmə qabiliyyəti isə 500 kiloqramdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Lockheed   74KAerostat  

“Lockheed” pilotsuz hava gəmisinə sintetik boşluqlu radar əlavə edib

2018/11/yourf-1541674744.jpg
Oxunub: 184     14:56     08 Noyabr 2018    