Ermənistanın Baş hərbi inspeksiya rəisinin müavininin əmlak varlığı

2018/11/32423-1541672469.jpg
Oxunub: 268     14:19     08 Noyabr 2018    
Ermənistanın Baş hərbi inspeksiya rəisinin müavini polkovnik Vaçaqan Nersisyan yüksək vəzifəli məmurların etika komissiyasına vəzifəni qəbul edərkən əmlak varlığı barədə verdiyi bəyannamədə mənzilinin olması barədə məlumat verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun təqdim etdiyi bəyannamədə vəzifəni qəbul etdiyi dövrdə 3200000 dram (11165AZN) borcu olduğu məlum olub.

Həmin dövrdə onun maddi vəsait varlığı 2000 ABŞ dolları və 2 milyon dram (6980AZN) təşkil edib.

2018-ci ilin 1 yanvar tarixindən vəzifə səlahiyyətlərini təhvil alanadək əldə edilən gəlirləri isə 3 939 536 dram (13740 AZN) təşkil edib.

Xatırladaq ki, polkovnik Vaçaqan Nersisyan Ermənistanın baş hərbi inspeksiya rəisinin müavini vəzifəsinə cari ilin sentyabr ayında təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Əmlak  

Ermənistanın Baş hərbi inspeksiya rəisinin müavininin əmlak varlığı

2018/11/32423-1541672469.jpg
Oxunub: 269     14:19     08 Noyabr 2018    