Donbasda iri çaplı silahlardan istifadə edilir: 2 ölü, 6 yaralı

2018/11/15328-1541671577.jpg
Oxunub: 771     14:05     08 Noyabr 2018    
Ötən gün ərzində seperatçılar Donbasda Birgə Əməliyyat Qüvvələrinin ərazisindəki Ukrayna düşərgələrinə hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birgə Əməliyyat Qüvvələri Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, seperatçılar Minsk razılaşmaları ilə qadağan edilmiş silahlardan istifadə edib.

“Seperatçılar Pavlopil və Luqansk bölgələrində qoşunlarımızın mövqelərinə 82 və 120 millimetrlik minaatanlardan hücum ediblər. Döyüşlərdə üç Ukrayna əsgəri yaralanıb", - deyə məlumatda qeyd olunub.

Bundan əlavə seperatçılar Pavlopil yaxınlığında BMP-1 və ZU-23-2 silahlarından da atəş açıblar. Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, iki seperatçı öldürülüb və üç nəfər isə yaralanıb.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Donbas   Ukrayna  

Donbasda iri çaplı silahlardan istifadə edilir: 2 ölü, 6 yaralı

2018/11/15328-1541671577.jpg
Oxunub: 772     14:05     08 Noyabr 2018    