Çinin ilk pilotsuz qayığı nümayiş etdirilib

2018/11/a362a-1541668869.jpg
Oxunub: 236     13:51     08 Noyabr 2018    
Çin özünün ilk raket daşıyan pilotsuz qayığını ictimaiyyətə təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nümayiş Çində davam edən 12-ci Beynəlxalq Aviasiya və Aerokosmos Sərgisində baş tutub.

Çinin Quanqdonq vilayətindəki Zhuhai liman şəhərində keçirilən tədbirin sonuncu günündə təqdim edilən qayığın adı “Observer II”dir.

Dövlət hərbi tədqiqat institutları və özəl kompaniyalarla birlikdə ərsəyə gətirilən qayıq kəşfiyyat və dəqiq zərbə missiyaları həyata keçirə bilər. O, həm də adalar və estuarilər ətrafındakı sularda patrul reydləri də apara bilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Pilotsuz-qayıq  

Çinin ilk pilotsuz qayığı nümayiş etdirilib

2018/11/a362a-1541668869.jpg
Oxunub: 237     13:51     08 Noyabr 2018    