Kanada ABŞ və Yaponiyanın hərbi təlimlərinə qoşulub

Oxunub: 205     13:18     08 Noyabr 2018    
Rusiya sualtı gəmilərini ovlamaq üçün hazırlanmış Kanada freqatı “HMCS Calgary” ABŞ və Yaponiya hərbi təlimlərinə qoşulub.

Ordu.az xəbər verir ki, sözügedən təlimlər Sakit Okeanda Çin təhlükəsinə qarşı hazırlıqlı olmaq üçün həyata keçirilir.

“HMCS Calgary” aralarında “USS Ronald Reagan” aviadaşıyıcısının da olduğu döyüş gəmilərinə qoşularaq Sakit Okeanın qərbindəki təlimlərdə iştirak edib. Bu təlimin Kanadanın təcrübə qazanması baxımından əhəmiyyətli olduğu bildirilib.

Qeyd edək ki, Kanadaya qayıtmazdan əvvəl “HMCS Calgary” Yaponiyanın qərbində həyata keçiriləcək sualtı qayıqlara qarşı hazırlıq təlimlərində də iştirak edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Kanada   ABŞ   Yaponiya   Təlim  

Kanada ABŞ və Yaponiyanın hərbi təlimlərinə qoşulub

Oxunub: 208     13:18     08 Noyabr 2018    