Ermənistan bu gün Astanada hədəf lövhəsində olacaq, yoxsa...

2018/11/1-25-1541667769.jpg
Oxunub: 273     13:02     08 Noyabr 2018    
Ermənistanın Baş naziri Nikol Paşinyan Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak edəcək. Sammitdən əvvəl, xüsusilə Yuri Xaçaturovun istefasından sonra KTMT-nin Baş katibliyinə kimin təyin ediləcəyi barədə məsələlər ictimaiyyətin diqqətindədir.

KİV-lərdə yayılan məlumatlara görə, Ermənistan Yuri Xaçaturovun əvəzinə Baş katib vəzifəsinə müdafiə nazirinin sabiq müavini Vağarşak Harutyunyanın namizədliyini irəli sürüb. Amma bu məlumat rəsmi olaraq təsdiq edilməyib. Eyni zamanda Xaçaturovla bağlı baş verənlərdən sonra KTMT üzvlərinin Ermənistan üçün Baş katib kvotasını qoruyub saxlamağa razılıq verəcəyi barədə də məlumat yoxdur.

Məsələ ilə bağlı ziddiyyətli məlumatlar olsa da, həmin məlumatlar nə inkar edilir, nə də təsdiqlənir. Hətta bu gün baş tutacaq zirvə toplantısında Ermənistanın yeni namizədi, yoxsa ümumiyyətlə Ermənistanın kvotası məsələsinin müzakirəyə çıxarılacağı da məlum deyil. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra sözsüz ki, hakimiyyətin siyasi imkanlar bazası da dəyişyib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   KTMT  

Ermənistan bu gün Astanada hədəf lövhəsində olacaq, yoxsa...

2018/11/1-25-1541667769.jpg
Oxunub: 274     13:02     08 Noyabr 2018    