"Hraparak": KTMT-nin Baş katibi vəzifəsində Xaçaturovu müavini əvəz edəcək

2018/11/CISO--1541666167.jpg
Oxunub: 295     12:32     08 Noyabr 2018    
"Bu gün başlayan KTMT-yə üzv ölkələrin rəhbərlərinin zirvə toplantısını yalnız Ermənistan deyil, həm də Azərbaycan yaxından izləyəcək. Problem KTMT ölkələrinin yalnız Rusiyanın Paşinyanın addımlarına yanaşması və dəyərləndirməsi deyil, bölgəyə qarşı yanaşmalardır".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

Nəşrə görə, Ermənistan Müdafiə nazirinin sabiq müavini Vağarşak Harutyunyanın namizədliyi Rusiya üçün qəbuledilən olsa da, böyük ehtimalla Baş katib vəzifəsinə Xaçaturovun müavini gətiriləcək.

"Unutmamalıyıq ki, o, Baş kəşfiyyat idarəsinin generalı olub. Belarusdan olan namizəd isə zəifdir. Ermənistanın zəif tərəfi, Nikol Paşinyanın Baş nazir vəzifəsini icra edən, seçkilərə gedən lider olmasıdır. Bu baxımdan etirazlar səslənə bilər. Məsələnin açıq qalması, lakin Baş katib ətrafında olan məsləhətləşmələrin davam etməsi, Xaçaturovu isə Rusiyadan olan müavini tərəfindən müvəqqəti olaraq əvəz etməsi üzrə ikinci variantın qəbulu mümkündür. Yeri gəlmişkən, KTMT sammiti Nikol Paşinyanın Baş nazir vəzifəsini icra edən şəxs kimi iştirak edəcəyi yeganə tədbir deyil. O, dekabrın 6-da Sankt-Peterburqda Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərinin zirvə toplantısında da iştirak edəcək", - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: KTMT   Baş-katib  

"Hraparak": KTMT-nin Baş katibi vəzifəsində Xaçaturovu müavini əvəz edəcək

2018/11/CISO--1541666167.jpg
Oxunub: 296     12:32     08 Noyabr 2018    